Ağız qida ilə birbaşa təmasda olduğundan mikrobların çoxalması üçün əlverişli mühitdir. Buna görə də düzgün və müntəzəm ağız baxımı edilmədikdə müxtəlif diş və ağız problemləri yarana bilər.
Pravda.az bildirir ki, doğru baxım həm sağlamlıq, həm də estetik görünüş üçün vacibdir.
Düzgün ağız və diş baxımı necə olmalıdır?
Gündə iki dəfə, səhər və axşam, flor tərkibli diş pastası və yumşaq tüklü diş fırçası ilə fırçalamaq tövsiyə olunur.
Dişlərin arxa, ön və çeynəmə səthləri tam təmizlənməlidir.
Dilin təmizliyi də vacibdir; dil təmizləyici və ya diş fırçası ilə bakteriyaları aradan qaldırmaq olar.
Diş daşının əmələ gəlməsinin qarşısını almaq üçün diş ipi istifadə edin.
Fırçalama sonrası ağız yaxalayıcı və ya qarqaradan istifadə ilə daha dərin təmizlik mümkündür.
Qida və vərdişlər
Çürüməyə səbəb olan qidaların istehlakını azaldın.
Qəhvə, çay və siqaret dişlərin saralmasına səbəb olur, mümkün qədər məhdudlaşdırın.
İldə ən az iki dəfə diş müayinəsinə getmək vacibdir.
Uşaqlar üçün tövsiyələr
Diş baxımı vərdişi uşaqlıqdan başlanmalıdır.
Uşaqlara nümunə olmaq və düzgün fırçalama vərdişi öyrətmək önəmlidir.
Düzgün ağız baxımı yalnız sağlamlıq üçün deyil, həm də psixoloji rifah üçün vacibdir. Saralmış və baxımsız dişlər sosial həyatdan uzaqlaşmağa və özünəinamın azalmasına səbəb ola bilər.
Qeyd: Mütəmadi diş və ağız baxımı ilə sağlam, estetik və təmiz dişlərə sahib ola bilərsiniz.
Əminə Bayramova