Footbal-plus saytına istinadən ain.az xəbər verir.
Yığmamız Fernando Santuşun rəhbərliyi altında növbəti məğlubiyyətini yaşadı. Bu dəfə İslandiyaya 0:5 uduzduq. Qarşıda isə Ukrayna və Fransa ilə oyunlar var. Ukraynaya qarşı necə oynayacaəıq? Fransa ilə oyunda 0:10-luq antirekord yenilənməz ki? Bu sualları Ağasəlim Mircavadova ünvanladıq:
“De Byazi gedəndən sonra Santuş bir tsikl oynatdı. Biz düşünürdük ki, Azərbaycan futbolunu tanımır. Ad-sanlı məşqçidi. Məncə, oyundan-oyuna daha zəif çıxış etdik. Limit ləğv olunmamış elə futbolçuları dəvət edirdi ki, adama qəribə gəlirdi. Standart heyəti var idi. Milliyə gənc futbolçuları çağırmaq lazımdı, amma onlar layiq olmalıdı. Təəssüf ki, əvvəlki nəsil daha yaxşı oynayırdı. Müdafiədə və yarımmüdafiədə ciddi problem var. Hücum? Hücum orta xətdən asılıdı. Yarımmüdafiə hücum üçün vəziyyət yaratmır. Belə heyət düzgün deyildi. Biz oyun başlayan kimi müdafiədə oturduq. Ya rəqib sıxmalıdı ki, müdafiədə qalasan, ya da taktiki baxımdan belə edib, əks-hücuma çıxasan. Bizdə bu da yoxdu axı. İtalyan məşqçi beşli müdafiə oynadırdı, Santuş da niyəsə belə etdi. İkinci hissədə dörd müdafiəçiyə keçirdi. Limitin ləğv olunması uşaqlara pis təsir edir. Heyətə baxanda elə futbolçular var ki, üç turdan birində oynayıb. Nə etmək lazımdı? Bu da ayrı mövzudu. Santuş klub məşqçilərini yığıb, onlara deməliydi ki, “mən belə oynayacam”. Bəlkə də danışıb, amma xəbərim yoxdu. Bu olmalıydı. İnanmıram ki, 10:0 antirekordu yenilənsin. O vaxt başqa idi. Fransa ən güclü 4-5 millidən biridi. Amma onlara qarşı da oynamaq olar. Xarakter lazımdı. Bizim futbolçularda psixoloji problem var. İnam da lazımdı, o da yoxdu”.
MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.