"Laçında Bərpa, Tikinti və İdarəetmə Xidməti" Publik Hüquqi Şəxsin icraçı direktoru Tofiq İslamov vəzifəsindən azad edilib. Onun yerinə Rafiq Salmanov təyin olunub. Bu barədə Qaynarinfo məlumat yayıb.
Tofiq İslamov 2024-cü ilin sentyabr ayından etibarən bu vəzifəni icra edirdi. O, daha əvvəl bir sıra özəl şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.
Təyinatla bağlı rəsmi açıqlama verilməyib.