AZ

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edir

Avropa İttifaqı nümayəndə heyəti Rusiyaya qarşı yeni sanksiyaları müzakirə etmək üçün Vaşinqtona səfər edəcək.

AzPost bildirir ki, bu barədə Bloomberg məlumat verib.

Agentlik mənbələrə istinadən yazır ki, bu həftə Aİ nümayəndə heyəti Moskvaya qarşı yeni təzyiq tədbirlərini razılaşdırmaq üçün ABŞ-a səfər edəcək. Bu, Rusiyaya tammiqyaslı işğalın başlanmasından bəri 19-cu sanksiyalar paketi olacaq.

Agentliyin məlumatına görə, aşağıdakılar müzakirə olunur:

-Rusiya banklarının və enerji şirkətlərinin işinə məhdudiyyətlər;

-Rusiya Federasiyasının ödəniş sistemlərinə, eləcə də kriptovalyuta birjalarına zərbə;

-hərbi sənayedə istifadə olunan malların və kimyəvi maddələrin ixracına yeni maneələr;

-Rusiya neftinin alıcılarına və tankerlərin “kölgə donanmasına” qarşı sanksiyalar;

-Rosneft və Lukoil-in indiyədək istifadə etdiyi güzəştlər götürülə və onlara qarşı tam sanksiyalar tətbiq oluna bilər;

-“Sanksiyadan yayınma vasitələri”ndən istifadə – xüsusən Qazaxıstana qarşı, onun vasitəsilə Rusiya Federasiyasına kütləvi şəkildə müxtəlif avadanlıqlar gətirilir;

-Vizalara, limanlara və hətta süni intellektlə bağlı xidmətlərə məhdudiyyətlər- əgər onlardan hərbçilər tərəfindən istifadə oluna bilərsə.

Bloomberg qeyd edir ki, tədbirlərin yekun siyahısı hələ də razılaşdırılır.

AzPost.az

Seçilən
68
33
azpost.info

10Mənbələr