AZ

Uşaq evinin sakinlərini sevindirdilər

Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 3 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri üçün yay mövsümünün başa çatması və yeni dərs ilinin başlanması münasibətilə piknik keçirilib.

Hafta.az xəbər verir ki, bu barədə Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib

Məlumata görə, tədbir çərçivəsində uşaqlar üçün animator və klounun iştirakı ilə müxtəlif əyləncəli oyunlar, rəsm üzrə master-klas və alov şousu təşkil olunub.

Qeyd edək ki, belə əyləncəli tədbirlər mütəmadi olaraq agentliyin bütün müəssisələrinin sakinləri üçün keçirilir.

Seçilən
76
3
hafta.az

4Mənbələr