AZ

Generalın qətlində yeni ad: Bakı ermənisi saxlanıldı

Rusiyanın Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının (RCBD) rəisi, general-leytenant İqor Kirillovun qətli ilə bağlı iş üzrə yeni müttəhim üzə çıxıb.

Bu, Bakıda anadan olan Rusiya vətəndaşıdır. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə TASS-ın tanış olduğu iş materiallarında deyilir.

"Rusiya Müdafiə Nazirliyinin iki hərbçisi - İqor Kirillov və İlya Polikarpovun naməlum tipli partlayıcı qurğunun işə salınması nəticəsində ölümü ilə nəticələnən partlayış nəticəsində qətlə yetirilməsi faktı üzrə cinayət işi açılıb. Cinayəti törətməkdə şübhəli bilinən Robert Səfəryan saxlanılıb", - iş materiallarında deyilir. Orada həmin şəxsin Bakıda doğulduğu, lakin hazırda Rusiya vətəndaşlığının olduğu qeyd edilir.

Səfəryan terror aktında, habelə partlayıcı maddələrin qeyri-qanuni hazırlanmasında və qanunsuz satışında ittiham olunur. Hazırda o, məhkəmənin qərarı ilə həbsdədir.

Generalın qətli ilə bağlı Əhmədjon Kurbonov, Ramazan Padiev və Batuxan Toçiyev (onların hamısı 2024-cü ilin yanvarında Rosfinmonitorinq tərəfindən terrorizm və ekstremizmlə məşğul olan şəxslər siyahısına əlavə edilib) həbs edilib. Hər üç şəxs terror aktları maddəsi ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsinin "b" bəndi) ittiham olunur.

Seçilən
60
cebheinfo.az

1Mənbələr