AZ

Uşaq evinin sakinləri üçün piknik təşkil olunub

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 8 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 3 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri üçün yay mövsümünün başa çatması və yeni dərs ilinin başlanması münasibətilə piknik keçirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir çərçivəsində uşaqlar üçün animator və klounun iştirakı ilə müxtəlif əyləncəli oyunlar, rəsm üzrə master-klas və alov şousu təşkil olunub.

Qeyd edək ki, belə əyləncəli tədbirlər mütəmadi olaraq agentliyin bütün müəssisələrinin sakinləri üçün keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
69
3
azertag.az

4Mənbələr