DÇ-2026-nın seçmə mərhələsinin D qrupu çərçivəsində olacaq Azərbaycan - Ukrayna oyunundan əvvəl mətbuat konfransı keçirilib.
"Football-plus.az" xəbər verir ki, konfransdan əvvəl AFFA-nın baş katibi Cahangir Fərəcullayev millimizin baş məşqçisi Fernando Santuşun postundan azad edildiyini açıqlayıb.
- Hörmətli futbol ictimaiyyəti, media nümayəndələri. Bu gün AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilə Santuşla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi. Ukrayna ilə matça komandamızı Ayxan Abbasov çıxaracaq. Ayxan müəllimə uğurlar arzulayıram.
Daha sonra Mahir Emreli media nümayəndələrinin suallarını cavablayıb.
- Sabah bizi ağır oyun gözləyir. Rəqib haqda çox danışmağa ehtiyac yoxdu. Usta futbolçuları var. Onlar da yüksək motivasiya ilə gəliblər. Biz də öz
növbəmizdə əlimizdən gələni edəcəyik ki, İslandiya matçını unutduraq.
- İlk oyundan sonra ab-hava necədi?
- Bu məğlubiyyət hamıya təsir edir. Hazırlıq prosesinə mane olur. Dünənki oyunlardakı nəticələri də gördünüz. Psixoloji tez bərpa olmaq lazımdı. Sabahkı oyuna tam hazır olmaq lazımdı.
- Santuş getdi, problemlər bitdi?
- Fərdi səhvlər, problemlər olur. Hər kəs öz üzərinə düşən işi görməlidi. Tənqidi və tərifi qəbul etməliyik. İdmanda pis zaman olur. Neçə oyundu ki, qələbə qazana bilmirik. Təzyiqlə mübarizə aparırıq. Siz də çalışırsınız ki, inkişaf edəsiniz, yaxşı yazı yazasız. Bu bəzən alınır, bəzən yox. Yaxşı nəticə əldə etməyə çalışacağıq. Özümüzü hər şeyə hazırlamalıyıq.
- Ukraynaya qarşı hədəf nədi?
- Uduzmaq var, uduzmaq var. Oyunsonrası dedim ki, milli komandada oynadığım müddətdə iki dəfə bu hallarla rastlaşmışam. Heç cür oyun göstərə bilmirdik. Biri İsveç oyunu idi, biri də bu. Macarıstanla oyunda məğlub olanda yaxşı oynamışdıq. Rəqibin keyfiyyəti məlumdu. Yaxşı oyun göstərib məğlub olsaq da olar. Əsas oyun göstərməkdi. Biz bunun üçün əlimizdən gələni edəcəyik.
Sonra Rəşad Eyyubov jurnalistlərin önünə çıxıb.
- Əsas məqsədimiz qarşıdakı oyuna hazır olmaqdı. Əlimizdən gələni edəcəyik.
- Keyfiyyət Ukraynaya qarşı oynamağa imkan verir?
- Biz gözləmirik ki, kim isə çıxıb nəsə edəcək. Komanda şəklində yaxşı oynamağa çalışacağıq.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta