AZ

Susuzluğun limiti ... Yay boyu bir damcı su verən ADSEA abonentlərini susuzluqla sınadı Video

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yay boyu abonentlərini susuzluqla sınadı...

"Bir damcı" sadəcə layihə adı deyilmiş, bunu bildik. Damcı-damcı su süzüldü krantlardan. Yumağı, yuyunmağı unutduq.

Yay bitir, payız gəlir. Dövlət büdcəsini sıxıb, "suyunu" xalqdan çıxaran bu qurum doğru-düzgün göstərmədiyi xidmətə görə pul da istəyəcək ödəniş vaxtı çatanda. İnsanın üzünün suyu gedir...

Həyətdə susuzluqdan quruyan ağaclarımın pulunu ADSEA-nın məsul şəxslərinin maaşından kəssələr, daha ədalətli olar. Suyun yox, susuzluğun limitini aşmışıq.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sadəcə su sayğacımız ilə yox, həm də səbrimizin limiti ilə oynayır.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
bizimyol.info

1Mənbələr