AZ

Türkiyədə polis məntəqəsinə hücum: 2 ölü | VİDEO

Türkiyə mətbuatının yaydığı məlumata əsasən, hadisə nəticəsində 2 polis həyatını itirib, daha ikisi isə xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Polis məntəqəsinə tüfənglə atəş açan 16 yaşlı şəxs yaralı halda ələ keçirilib. Daxili işlər naziri Əli Yerliqaya özünün "X" hesabında diqqətə çatdırıb ki, hadisə ilə əlaqədar genişmiqyaslı təhqiqat başladılıb.

İzmir valisi Süleyman Əlban isə mətbuata açıqlamasında vurğulayıb ki, şübhəli yeniyetmənin hər hansı cinayət keçmişi yoxdur. Hücumda işlətdiyi tüfəng isə onun atasına məxsusdur. Hazırda hücumun səbəbinin öyrənilməsi üzrə araşdırma aparılır.

Firudin Həmidli
AzVision.az
Seçilən
65
1
azvision.az

2Mənbələr