AZ

Borrel: "Avropa məhv olmaq riski ilə üzləşib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avropa İttifaqı (Aİ) diplomatiyasının sabiq rəhbəri Jozep Borrel bildirib ki, Avropa siyasi layihə olaraq zəifliyi, parçalanması və müstəqil kursdan imtinası ilə bağlı heç bir addım atmasa, məhv olmaq riski ilə üzləşəcək.
Oxu.Az xəbər verir ki, o bu barədə "Politico" nəşri üçün köşə yazısında bildirib.
Onun sözlərinə görə, Avropa liderləri uzunmüddətli siyasi baxışın, liderliyin və birliyin olmamasından əziyyət çəkirlər və Avropanın özü ABŞ-dən və onun administrasiyasının tələblərindən asılıdır və bu onun siyasi kursuna ciddi təsir göstərir.
Üstəlik, birlik və beynəlxalq nüfuzun olmaması səbəbindən Aİ artıq xarici münaqişələrin həllində əsas rol oynamır. Onun fikrincə, buna misal olaraq Ermənistanla Azərbaycan və ya Rusiya ilə Ukrayna arasındakı qarşıdurmanın həllində Avropanın ikinci dərəcəli rolunu göstərmək olar.
Seçilən
49
2
oxu.az

3Mənbələr