BAKI, 8 sentyabr. TELEQRAF
Bu ilin yanvar-avqust ayları ərzində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 160,6 milyon manatdan çox vergi daxil olub.
Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, bu ötən ilin eyni dövrünə nisbətən 13,7 faiz və ya 19,4 milyon manat çoxdur.
Qeyri-dövlət sektorundan daxilolmalar 110,4 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18,3 milyon manat və ya 19,9 faiz çoxdur. Ödənilən vergilərin 68,7 faizi qeyri-dövlət sektorunun, 31,3 faizi isə dövlət sektorunun payına düşüb.
Bundan başqa, hesabat dövründə Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artaraq 3 milyon manatdan çox olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə ödəmələr 2024-cü ilin eyni dövrünə nisbətən 10,3 faiz artıb və 20,2 milyon manatdan artıq təşkil edib.