Avropa İttifaqı və ABŞ, Donald Trampın Ağ Evə gəlişindən sonra əvvəlki səviyyədə münasibətləri bərpa edə bilib. Olaylar.az xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Antonio Kosta Financial Times qəzetinə açıqlamasında bildirib. Onun sözlərinə görə, ilin əvvəlində tərəflər arasında münasibətlərdə gərginlik müşahidə olunurdu və Avropa tərəfi ABŞ-la əlaqələrin gələcəyi barədə ciddi narahatlıq keçirirdi. "Əgər təxminən doqquz ay əvvələ baxsaq, hamı çox qorxmuşdu, xüsusən də ABŞ-la münasibətlərimizə görə. Prezidentin ilk bəyanatları əvvəlki çıxışlarını xatırladırdı. Lakin bu müddət ərzində Brüsseldə transatlantik əlaqələri sabitləşdirməyə nail olduq", - deyə Kosta qeyd edib.
Aİ Şurasının rəhbəri hesab edir ki, indi tərəflər yeni mərhələyə qədəm qoyublar: "Fikrimcə, artıq səhifəni çevirdik və bu yeni sabitliyə əsaslanaraq ABŞ-la münasibətlərimizin davamını səbirsizliklə gözləməliyik".
Xatırladaq ki, daha əvvəl Kosta Avropa İttifaqı nümayəndələrinin ABŞ-a səfər edərək Rusiyaya qarşı sanksiyalar məsələsini müzakirə edəcəklərini bildirmişdi. Qərb mətbuatının məlumatına görə, Avropa liderləri Tramp ilə telefon danışığı zamanı yeni sanksiyaların koordinasiyası üçün birgə məsləhətləşmələr keçirməyi təklif ediblər. Lakin ABŞ Prezidenti bu barədə qəti cavab verməyib.Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31