“CBS News”, “YouGov” sorğu şirkəti və “CNN” tərəfindən Prezident Donald Trampın fəaliyyəti ilə bağlı keçirdiyi sorğuların nəticələrini dərc edib.
"Cebheinfo.az" xəbər verir ki, iştirakçıların 56 %-i Prezident Donald Trampın fəaliyyətindən narazı olduğunu bildirib.
Sorğuda iştirakçılara Trampın ümumi fəaliyyəti, iqtisadiyyat və miqrasiya siyasəti, gömrük tarifləri, milli təhlükəsizlik və beynəlxalq məsələlərdəki mövqeyi ilə bağlı fikirləri soruşulub.
Nəticələrə görə:
- İştirakçıların 67 %-i Trampın səlahiyyətlərini genişləndirdiyini düşünür.
- 56%-i onun prezidentlik fəaliyyətini mənfi qiymətləndirir.
- Miqrasiya siyasətində Trampın yanaşmasına qarşı çıxanların nisbəti 54 %-dir.
- Rusiya-Ukrayna müharibəsində Trampın səylərinin “sülh gətirəcəyini” düşünənlər 27 %, münaqişənin davam edəcəyini gözləyənlər isə 43 % təşkil edir.
- Trampın şəhərlərə Milli Qvardiyanın göndərilməsinə dair qərarını dəstəkləməyənlərin faizi 58-dir.
- İştirakçıların 64 %-i Trampın inflyasiya ilə mübarizə siyasətini təsdiqləmir.
- Şəxsi maliyyə vəziyyətlərinin Tramp dövründə “daha da pisləşdiyini” deyənlərin faizi 50-dir.
- Gömrük tarifləri ilə bağlı isə xalqın 71 %-i bu tariflərin qısa müddətdə qiymətləri artıracağını düşünür.