AZ

“SOCAR-AQŞ”nin mənimsəmədə ittiham olunan sabiq baş direktoruna hökm oxunub

Bakı. Trend:

Külli miqdarda mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ” MMC-ninhəbsdə olan sabiq baş direktoru Ramin İsayevin cinayət işi üzrəməhkəmə prosesi yekunlaşıb.

Trend xəbərverir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim VüqarQuliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ramin İsayev 4 il müddətinə dövlət və yerliözünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaqhüququndan məhrum edilməklə 14 il azadlıqdan məhrum etmə cəzasınaməhkum edilib. Həmçinin təqsirləndirilən şəxsin əmlakları müsadirəolunacaq. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsimdəçəkəcək.

Qeyd edək ki, Ramin İsayev 54 milyon manat mənimsəmədə ittihamolunur.

Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 179.4(xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu iləəldə olunmuş əmlakın leqallaşdırılması), 308.2 (vəzifəsəlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəbolduqda), 313 (vəzifə saxtakarlığı) maddələri üzrə ittihamverilib.

R. İsayev 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoruvəzifəsindən azad edilib. O, Baş Prokuror yanında Korrupsiyayaqarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

Məqalədə:
Seçilən
8
14
az.trend.az

10Mənbələr