AZ

Lamin Yamal Türkiyədə pasportunu itirdi

İspaniya millisinin gənc ulduzu Lamin Yamal DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Türkiyə ilə səfər oyunundan sonra pasportunu itirib.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən türkiyəli jurnalist Əmir Çətin yayıb.

Məlumata görə, Yamal 6:0 hesablı darmadağına sevindikləri görüşün ardından paltardəyişmə otağında pasportunu axtarırmış və o, sənədini tapmadan stadionu tərk edib. 

Qeyd edək ki, 18 yaşlı Yamal Konyada baş tutan görüşdə 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Seçilən
76
19
fanat.az

10Mənbələr