ain.az bildirir, Baku.ws portalına istinadən.
Bakının Ağ Şəhər ərazisindən Babək prospektinə çıxan yolda avtobus zolağı ilə bağlı problem yaşanır.
Bu barədə BAKU.WS-ə vətəndaş məlumat verib.
Şikayətə görə, ərazidə quraşdırılan hasar səbəbindən avtobus zolağına daxil olma saatı tam görünmür. Ağ Şəhərdən Babək prospektinə çıxan kimi hasarı elə çəkiblər ki, avtobus zolağına daxil olma saatı yarımçıq görünür.
Qeyd edək ki, avtobus zolaqlarında hərəkət vaxtı qaydaların düzgün tətbiqi və sürücülərin məlumatlılığı üçün xüsusi əhəmiyyət daşıyır.
BAKU.WS məsələ ilə bağlı aidiyyatı quruma müraciət edib.
Şahanə Xankişiyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.