AZ

Tarix və mədəniyyət abidələrinin pasportlarının və mühafizə zonalarının layihələrinin hazırlanmasına bu qədər vəsait xərclənəcək

Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin pasportlarının və mühafizə zonalarının layihələrinin hazırlanmasına 249 888 AZN sərf olunacaq.

 

Pravda.az-ın xəbərinə görə, vəsait xidmət göstərən “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC-yə ödəniləcək.

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və MMC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir

Tarix: 8 Sentyabr 2025, 11:14   
Seçilən
0
pravda.az

1Mənbələr