AZ

ARDNF və Çin İnvestisiya Korporasiyası arasında növbəti addımlar müəyyən edilib

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçıdirektoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ÇinXalq Respublikasında işgüzar səfərdədir.

Fonddan Trend-ə verilən məlumata görə, səfərin əsas məqsədiÇin ilə investisiya əməkdaşlığının gücləndirilməsi və qarşılıqlıfaydalı tərəfdaşlıq imkanlarının genişləndirilməsidir.

Səfər çərçivəsində nümayəndə heyəti Çin Xalq Respublikasının alidövlət nümayəndəsinin iştirakı ilə təşkil olunan dəyirmi masagörüşündə iştirak edib. Qlobal səviyyədə aparıcı təsisatrəhbərlərini bir araya gətirən bu platforma Çində aktiv investisiyafəaliyyəti həyata keçirən investorlarla hökumət nümayəndələriarasında birbaşa fikir mübadiləsi aparmaq üçün mühüm imkanyaradıb.

Həmçinin, ARDNF-nin nümayəndə heyətinin Çin İnvestisiyaKorporasiyasının sədri və icraçı direktoru Qingsong Zhang iləgörüşü keçirilib. Görüşdə ARDNF və Çin İnvestisiya Korporasiyasıarasında əməkdaşlığın konkret istiqamətləri üzrə müzakirələraparılıb, ortaq layihələrin həyata keçirilməsi üzrə növbətiaddımlar müəyyən edilib. Bildirilib ki, Azərbaycan RespublikasınınPrezidenti, cənab İlham Əliyevin 2025-ci ilin aprel ayında Çinədövlət səfəri çərçivəsində ARDNF ilə Çin İnvestisiya Korporasiyasıarasında imzalanmış Anlaşma Memorandumu iki ölkənin suvereninvestisiya fondları arasında institusional əməkdaşlığın inkişafıbaxımından mühüm mərhələ olub. Bu sənəd, bilik və təcrübəmübadiləsi, ortaq dəyərlərə əsaslanan dayanıqlı sərmayəmodellərinin qurulması və qarşılıqlı faydalı investisiyatəşəbbüslərinin təşviqi üçün strateji çərçivə formalaşdırmaqlaÇin-Azərbaycan tərəfdaşlığının möhkəmləndirilməsinə də töhfəverib.

Seçilən
74
12
az.trend.az

10Mənbələr