Bu gün Qəzza səmasında güclü qasırğa başlayacaq və terror qüllələri vurulacaq.
Axar.az xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri İsrail Katz öz X səhifəsində yazıb.
Katz bildirib ki, bu gün Qəzzaya güclü hücum ediləcək:
“Girovları azad edin və silahları yerə qoyun. Əks halda Qəzza məhv ediləcək, siz isə məhv olacaqsınız”.