AZ

"Quş əti istehsalçıları avadanlıq idxalının 40 faizinin dövlət tərəfindən subsidiyalaşdırılmasından yararlana bilmirlər"

Azərbaycan quşçuluq təsərüfatlarının kəsim avadanlıqlar ilə bağlı da çətinlikləri var.

Bunu Marja.az-a Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib. 

“Hazırda quş əti istehsalçıları bu cür avadanlıq və texnologiyaların idxalının 40 faizinin dövlət tərəfindən subsidiyalaşdırılması mexanizmindən yararlana bilmirlər, çünki bu dəstək onlara şamil olunmur. Qlobal bazarlarda son illərdə gedən bahalaşma şəraitində quş əti istehsalçıları avadanlıq və texnologiyaları yeniləmək üçün tələb olunan yüksək məbləğli investisiya qoyuluşlarını özləri həyata keçirə bilmirlər. 

Xüsusilə də bu gün quşçuluq təsərrüfatları köhnə və yaxuddakı ikinci-üçüncü əl işlədilmiş kəsim avadanlığı ilə işləyirlər. Nəticədə təsərrüfatlarda saxlanılan quşlar kəsim sexinin olmaması və yaxud olanların isə yararsız olduğuna görə diri halda satılır. Ölkəmizin özünü tam şəkildə quş əti ilə təmin etməsi, ixracın təmin olunması üçün digər problemlərlə yanaşı, bu problemin  də həll olunması çox vacibdir. Yəni yetişdirilən quş mütləq sonucda kəsilərək istehlakçıya çatdırılmalıdır.  Ancaq bu gün həm ölkəmizdə, həm digər ölkələrdə tələblər və normalar getdikcə yüksəldiyindən və dəyişdiyindən əldə olan texnologiya geri  qalır və buna cavab vermir", - Mürvət Həsənli deyib.

Seçilən
3
2
marja.az

3Mənbələr