1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakıda Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin direktoru işdən çıxarılıb.
Oxu.Az Teleqraf.az-a istinadla xəbər verir ki, 1965-ci il təvəllüdlü Esmira Azər qızı Ağayeva direktor vəzifəsindən azad edilib.
Qeyd edək ki, E.Ağayeva bu vəzifəyə 2020-ci ilin iyul ayında təyin olunmuşdu.
O, əvvəl 214 nömrəli tam orta məktəbin direktoru olub.