AZ

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində daha bir yaşayış məntəqəsini azad ediblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətində daha bir yaşayış məntəqəsini azad ediblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Telegram" kanalında məlumat verilib.
Məlumata görə, Ukrayna hərbçiləri Zareçnoye kəndi üzərində tam nəzarəti bərqərar ediblər. Kənddə Ukrayna bayrağını 425-ci "Skala" əlahiddə hücum alayının döyüşçüləri sancıblar.
"425-ci "Skala" əlahiddə hücum alayının qüvvələri Donetsk vilayətinin Zareçnoye kəndini tam şəkildə nəzarətə götürüblər", - deyə Baş Qərargahdan bildirilib.
Xatırladaq ki, daha əvvəl Ukraynanın "Skala" əlahiddə alayının hücum qoşunları Donetsk vilayətində Pokrovsk istiqamətində yerləşən Udaçnoye yaşayış məntəqəsini azad etmişdilər.
Seçilən
8
oxu.az

1Mənbələr