AZ

Apellyasiya şikayəti verən müəllimlər bu gün müsahibədən keçəcəklər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin apellyasiya şikayətləri qəbul olunmuş namizədləri bu gün onlayn müsahibə verəcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzi məlumat yayıb.
Apellyasiya müsahibələri 8 sentyabr tarixində onlayn formatda "Microsoft Teams" platforması üzərindən təşkil olunacaq.
Qeyd edək ki, müsahibə linki 7 sentyabr tarixində namizədlərin şəxsi səhifələrində qeyd olunan elektron poçt ünvanlarına göndərilib.
İnsan Resursları Mərkəzi apellyasiya şikayətləri qəbul olunmuş namizədlərin sayını açıqlamayıb.
Seçilən
0
oxu.az

1Mənbələr