Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzində yanğın baş verib.
Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin həyata keçirdiyi zəruri və təxisalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 500 m² olan obyektin yanar konstruksiyaları 350 m² sahədə yanıb.
Obyektin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.