AZ

Maduro Kolumbiya ilə sərhədə 25 min hərbçi yerləşdirməyi əmr etdi

Venesuela Prezidenti Nikolas Maduro Kolumbiya ilə sərhədə, eləcə də respublikanın Karib dənizi və Atlantik okeanı sahillərinə 25 min hərbçinin yerləşdirilməsi barədə göstəriş verib. 

Missiya.Az xəbər verir ki, o, bu barədə "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, səfərbərliyin əsas məqsədi milli suverenliyi, ölkənin təhlükəsizliyini və sülh uğrunda mübarizəni müdafiə etməkdir. 

Qeyd edək ki, ABŞ Karib hövzəsində hərbi gəmilər yerləşdirərək, Venesueladan gələn narkotik axınının qarşısını alacağını elan edib. Maduro isə bu addımı öz hakimiyyətinə qarşı təhdid kimi qiymətləndirir və belə bir təşəbbüsü ABŞ-nin artan təzyiqlərinə cavabdır. 

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
99
missiya.az

1Mənbələr