AZ

Ermənistan parlamentində Azərbaycanla bağlı bu çıxışa imkan verilmədi

BAKI, 8 sentyabr. TELEQRAF

Ermənistan parlamentindəki “Şərəfim Var” fraksiyasının deputatı Taquhi Tovmasyan Azərbaycanda Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilmiş cinayətlərdə ittiham olunan erməniəsilli şəxslər barədə danışarkən çıxışı yarımçıq saxlanılıb.

Teleqraf xəbər verir ki, o, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyana ünvanlandığı şikayət məktubunda bildirib.

Tovmasyan qeyd edib ki, parlamentdəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Artur Ovannisyan ona bu barədə çıxış etməyə imkan verməyib.

Müxalif blokun deputatı hakim fraksiyanın rəhbərinə qarşı sərt ittihamlar irəli sürüb.

Seçilən
67
2
teleqraf.com

3Mənbələr