AZ

Avropa siyasətçiləri: “Aİ rəhbərliyi parçalanıb, ABŞ qarşısında zəif mövqe tutur” - ÖZƏL

Avropa İttifaqının (Aİ) sabiq rəhbər şəxsləri təşkilatın indiki siyasətini sərt tənqid ediblər. Onların fikrincə, Aİ rəhbərliyində uzunmüddətli siyasi planlama, liderlik və birlik çatışmır. Olaylar.az xəbər verir ki, Politico nəşrində dərc olunan məqalədə keçmiş Aİ-nin ali nümayəndəsi Jozep Borrell, Belçikanın sabiq baş naziri Gi Verhofstadt və Avropa Parlamentinin keçmiş deputatı Domenek Ruis Devesa bildiriblər ki, Aİ rəhbərliyi ABŞ-la münasibətlərdə yanlış xətt tutur: "Birliyimiz təhlükəli dərəcədə parçalanmış və zəif görünür. Avropa təkcə qitə imperiyaları ilə üz-üzə qalmayıb, həm də Amerikanın vassalına çevrilmək riski daşıyır. Rəhbərlərdə nə vizion, nə də birlik var", - deyə siyasətçilər qeyd ediblər. Onların sözlərinə görə, bu, Donald Trampa müdafiə xərcləri və ticarət məsələlərində edilən birtərəfli güzəştlərdən, həmçinin Ukrayna münaqişəsinin həllində Aİ-nin ikinci dərəcəli rol almasından sonra daha da aydın görünür. Xarici münaqişələrin həllində Avropanın iştirakı isə demək olar ki, "əhəmiyyətsiz" hala gəlib. Siyasətçilər vurğulayıblar ki, hazırda Avropa Şurası və Avropa Komissiyasında "Tramp tərəfdarları və köhnə atlantistlər" üstünlük təşkil edir. Onlar çıxış yolunu Avropa Parlamentinin səlahiyyətlərinin artırılmasında, ABŞ mallarına güzəştlərin qarşısının alınmasında və qərarların qəbulunda yekdillik prinsipinin ləğvində görürlər. Əks halda, "Avropa siyasi layihə kimi məhv ola bilər".
Xatırladaq ki, 27 iyulda Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və ABŞ Prezidenti Donald Tramp arasında razılaşma əldə olunub. Razılaşmaya əsasən, Vaşinqton 1 avqustdan Avropa mallarının 75 faizinə 15 faizlik rüsum tətbiq edib. Əvəzində isə Aİ Rusiyadan enerji resurslarının idxalını tamamilə qadağan etməyi, ABŞ-dan 750 milyard dollarlıq enerji resursları (neft, qaz, nüvə avadanlıqları və yanacaq) almağı və əlavə olaraq ABŞ iqtisadiyyatına 600 milyard dollar sərmayə yatırmağı öhdəsinə götürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
122
olaylar.az

1Mənbələr