Sağlam və fit bir bədən yaşam keyfiyyətini artırır. Hər yaşda bədən çəkisinə diqqət yetirmək vacibdir.
Pravda.az diyetoloq nəzarətinin faydalarını təqdim edir:
Peşəkar diyetoloq nəzarətində hazırlanan pəhrizlər sağlam və davamlı kilo verməyə imkan verir. Mütəxəssislər gün ərzində enerji itkisini minimuma endirən və balanslı qidalanmanı təmin edən fərdi pəhriz planları hazırlayır. Bu yolla bəzi pəhrizlərin yaratdığı yorğunluq və əzələ itkisi kimi problemlərdən qaçmaq mümkündür.
Pəhriz zamanı diqqət ediləsi məqamlar
Ölçülü qida qəbul edin: Pəhrizə başlamadan əvvəl diyetoloqla məsləhətləşmək önəmlidir.
Düzgün su və qida nizamı: Su içmək və qidaları müəyyən ölçüdə qəbul etmək kilo verməni asanlaşdırır.
Dəstəkli fiziki fəaliyyət: Bədən nahiyəsinə uyğun idman hərəkəti tövsiyələri ilə kilo kontrolu təmin edilir.
Əminə Bayramova