AZ

Çinin BYD şirkəti Azərbaycan bazarında 2 rəsmi nümayəndə ilə təmsil olunur

Azərbaycanda Çinin BYD şirkətinin 2 rəsmi nümayəndəsi (rəsmi diler) mövcuddur.

Marja.az xəbər verir ki, Çinin nəqliyyat vasitələri istehsalçısını Azərbaycanda rəsmi olaraq "Group Motors" şirkəti və "SARDA Group"a daxil olan “EV SARDA” şirkəti təmsil edirlər.

"Group Motors" bu illər ərzində Toyota Abşeron və Ford dilerliyi ilə yanaşı Subaru, Mazda, Mitsubishi və Honda markalarının da rəsmi distribütoru kimi ölkə bazarında güclü mövqeyə sahibdir. Azərbaycanda satışa çıxarılacaq BYD modelləri 6 il və ya 150 000 km rəsmi zəmanətlə təqdim ediləcək. Bundan əlavə, 1 sentyabra qədər avtomobillərini fərdi qaydada Çindən gətirən müştərilər də ödənişli zəmanət paketi əldə edə biləcəklər. Bu addım bazarda bütün BYD sahibləri üçün vahid xidmət keyfiyyətini təmin etməyi hədəfləyir. Yeni BYD salonu hazırda Sumqayıt şossesi 6-cı km ünvanında təmir edilir. Açılışın oktyabr ayının son həftəsində keçirilməsi planlaşdırılır.

İş adamı Rauf Xəlilovun rəhbərlik etdiyi “SARDA Group” uzun illərdir ki, ölkəmizdə və regionda bir sıra sektorlarda uğurla fəaliyyət göstərir. Şirkətin satış mərkəzi "BYD Center Baku" Babək pr, 49 ünvanında yerləşdəcəkdir. 

"Group Motors" şirkətinin avtomobil və nəqliyyat sektoruna marağı sərnişin maşınları ilə məhdudlaşmır. SARDA Group ötən ildən Azərbaycana müasir avtobusların idxalına başlayıb. Daha önəmli addım isə bu ildən atılacaq – "EV SARDA" Azərbaycanda 12 metrlik K9UD, 8.7 metrlik B87C01A, 10 metrlik B10C01A və 10 metrlik B10C04 modellərini istehsal edəcək. Bütün bu modellər elektrik mühərrikli avtobuslardır. Bu təşəbbüs ölkədə ictimai nəqliyyatın modernləşdirilməsi və daxili istehsalın gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. 

ÇinBYD BYDrəsmi nümayəndəsi GroupMotors EVSARDA SARDAGroup avtomobildilerliyi BYDCenterBakuToyotaAbşeron Forddilerliyi Subaru Mazda Mitsubishi Honda BYDmodelləri rəsmi zəmanət avtomobillər fərdi idxal xidmətkeyfiyyəti BYDsalon Sumqayıtşossesi RaufXəlilov elektrikavtobuslar K9UD B87C01A B10C01A B10C04 ictimai nəqliyyat daxili istehsal nəqliyyatsektoru avtomobilsatışı müasir avtobuslar
Seçilən
39
1
marja.az

2Mənbələr