AZ

Azərbaycanlı məşqçi milli komandadan istefa verdi

Futbol üzrə Qazaxıstan millisinin baş məşqçisi Əli Əliyev istefa verdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Azərbaycan əsilli mütəxəssis bu qərarını dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində Belçika millisinə 0:6 hesabı ilə məğlub olduqları matçdan sonra keçirilən mətbuat konfransında açıqlayıb.

“Baş verən hər şey, məğlubiyyət mənim günahımdır. Buna görə bütün məsuliyyəti öz üzərimə götürürəm. İstefa ərizəmi yazacağam və prezidentə məlumat verəcəyəm”, – deyə Əliyev bildirib.

Xatırladaq ki, Qazaxıstan millisi DÇ-2026-nın seçmə mərhələsində Belçikadan savayı Uelsə (1:3, 0:1) və Şimali Makedoniyaya (0:1) da məğlub olub. Komanda yeganə qələbəsini Lixtenşteynlə görüşdə qazanıb – 2:0.

Seçilən
42
9
publika.az

10Mənbələr