AZ

Saxlanıldığı xəbəri yayılan nazir ilk dəfə danışdı

BAKI, 8 sentyabr. TELEQRAF

“Hər zamanki kimi işini davam etdirirəm, mənim saxlanılmağımla bağlı mətbuatda yayılan yalan məlumatlara müvafiq orqanlar qiymət verməlidir”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu deyib.

“Başqa ölkələrdən olan həmkarlarımla telefonda danışmışam, investorlarla işgüzar görüşlər olub. Hər şey həmişəki kimidir. Biz hüquqi dövlətdə yaşayırıq, Qazaxıstan dünyəvi dövlətdir. Müvafiq orqanlar var, qoy bununla məşğul olsunlar”, - o, mətbuatda dərc olunan məqalələrə münasibət bildirmək xahişinə cavab olaraq jurnalistlərə bildirib.

Qeyd edək ki, sentyabrın 4-də “Orda” xəbər portalı Nurtleunun, eləcə də Milli Təhlükəsizlik Komitəsinin bir neçə əməkdaşının və iş adamı Hacı Hacıyevin Qazaxıstanda saxlanıldığı barədə məlumat yayıb. Məlumatı Qazaxıstan Xarici İşlər Nazirliyi rəsmən təkzib edib.

Seçilən
0
2
teleqraf.com

3Mənbələr