AZ

Silahlılar 70-dən çox əsgəri girov götürüb

Yazını böyüt
Yazını kiçilt

Kolumbiyanın qərbində narkotik ticarətinin intensiv olduğu bölgədə 70-dən çox əsgər silahlı şəxslər tərəfindən girov götürülüb.

Hafta.az-ın yazdığına görə, Kolumbiya ordusu bazar günü narkotik alverinin geniş yayıldığı və silahlı qruplaşmanın nəzarətində olan cənub-qərbdəki Cauca əyalətində 72 əsgərin girov götürüldüyünü açıqlayıb. Hərbi mənbə hadisənin “günorta saatlarında” baş verdiyini bildirsə də, əlavə təfərrüatları açıqlamayıb.

Kolumbiyanın dövlət nəzarətindən kənar bölgələrində polis və əsgərlərin oğurlanması tez-tez baş verir. Avqustun 27-də Kolumbiyanın müdafiə naziri Pedro Sançes ölkənin cənubundakı Amazon bölgəsində üsyançı qrupun nəzarətində olan ərazidə 34 əsgərin girov götürüldüyünü açıqlayıb.

Nazir bildirib ki, əsgərlər FARC-dən (Kolumbiya İnqilabçı Silahlı Qüvvələri) ayrılan Mərkəzi Baş Qərargah üsyançıları tərəfindən əsir götürülüb. FARC 2016-cı ildə hökumətlə sülh sazişi imzalayıb. Sançes ordu ilə üsyançılar arasında baş verən toqquşmalarda 10 üsyançının öldürüldüyünü, ikisinin isə əsir götürüldüyünü bildirib. O, həmçinin bildirib ki, əsgərlər mülki geyimli şəxslərin qanunsuz və cinayətkar fəaliyyəti nəticəsində əsir düşüb.

Avqustun 29-da Sançes cənub-şərqdəki meşəlik ərazidə silahlı mülki şəxslər tərəfindən oğurlanan 30-dan çox əsgərin azad edildiyini elan edib.

Seçilən
25
hafta.az

1Mənbələr