AZ

Ətin yuyulmasının zərərləri bunlardır

Çiy ətin bişməzdən əvvəl yuyulması məhsulda mövcud olan patogen bakteriyaların mətbəxə yayılması ilə təhdid edir.

Editor.az bu barədə xarici mediaya istinadla yazır.

Bildirilib ki, yuyulma zamanı tərkibində mikroorqanizmlər olan su damcıları 50 sm-ə qədər uçur və tezgahların, qab-qacaq və digər ətrafdakı mətbəx əşyalarının üzərinə düşür. Quş ətinin səthində rast gəlinən Campylobacter və salmonella əsl təhlükə yaradır və bu bakteriyalar qida zəhərlənməsinə səbəb olur ki, bu da ishal, qusma, qızdırma kimi özünü göstərir.

Məlumata görə, əti axar su ilə yumaq bakteriyaları təsirsiz hala salmır. Bu məhsulu dezinfeksiya etməyin yeganə etibarlı yolu onu qızartmaq və ya yaxşıca qaynatmaqdır. Belə ki, çiy ətin ayrı bir taxtada kəsilməsini və sonra yuyucu vasitə ilə yaxşıca yuyulmasını tövsiyə edib. O bildirib ki, bu məhsulla təmasdan sonra əllər ən azı 20 saniyə ərzində ilıq su və sabunla yuyulmalıdır.

“Ətin vizual təmizliyi onun təhlükəsizliyinə zəmanət vermir. Hətta yüksək keyfiyyətli ətin tərkibində adi gözlə görünməyən patogen mikroorqanizmlər ola bilər. u məhsulla təmasdan sonra əllər ən azı 20 saniyə ərzində ilıq su və sabunla yuyulmalıdır”,- deyə qeyd olunub

Ekspertlərin fikrincə, ətin vizual təmizliyi onun təhlükəsizliyinə zəmanət vermir. Hətta yüksək keyfiyyətli ətin tərkibində adi gözlə görünməyən patogen mikroorqanizmlər ola bilər.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
82
editor.az

1Mənbələr