Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakışəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi ərazisində yerləşənistirahət mərkəzində yanğın baş verməsi barədə məlumat daxilolub.
Bu barədə Trend-ə nazirliyin mətbuat xıdmətindən məlumatverilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından MühafizəXidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərinhəyata keçirdiyi zəruri və təxisalınmaz tədbirlər sayəsində yanğıngenişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində istirahət mərkəzinin ərazisində ümumi sahəsi500 m² olan obyektin yanar konstruksiyaları 350 m² sahədə yanıb.Obyektin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizəolunub.