AZ

SOCAR Şimali Makedoniyanın hibrid qazlaşdırılması layihəsini nəzərdən keçirir (ÖZƏL)

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirləti (SOCAR)Şimali Makedoniyanınhibrid qazlaşdırılması layihəsini nəzərdən keçirir.

Bunu Trend-əSOCAR-ın Balkanlardakı regional ofisinin rəhbəri Murad Heydərovbildirib.

“Biz Şimali Makedoniyaya qaz tədarükünə başlamışıq. Bu ölkə üçünhibrid qazlaşdırma layihəsini nəzərdən keçiririk. Bolqarıstanərazisindən sıxılmış qazın Şimali Makedoniyaya daşınaraq, ilknövbədə bəzi sosial obyektlərin qazlaşdırılması üçün istifadəolunması imkanı mövcuddur. Ümumi götürdükdə, Balkanlardafəaliyyətimizin sosial yönümlülüyü kifayət qədər güclüdür. Bunagörə Bolqarıstanın təcrübəsindən yararlana və avtomobil nəqliyyatıvasitəsilə sıxılmış qazı Bolqarıstandan Şimali Makedoniyaya sosialmüştərilər üçün – tibb müəssisələri, təhsil ocaqları və s. üçüntədarük edə biləcəyimizi güman edirik”,-deyə o bildirib.

SOCAR Balkan-ın rəhbəri qeyd edib ki, şirkət bu ölkənin enerjitəhlükəsizliyi məsələlərini necə həll etmək istədiyiniaraşdırır.

Yəni onlar qaz mənbələrinin şaxələndirilməsi istiqamətindəsəylər göstərirlər. Azərbaycan isə Şimali Makedoniya üçün çoxetibarlı tərəfdaşdır. Biz bunu həmin ölkəyə qaz tədarükünəbaşladığımız zaman nümayiş etdirdik. Ümumilikdə isə düşünürəm ki,Şimali Makedoniyada hibrid qazlaşdırma layihəsini gerçəkləşdirməkvə eyni zamanda bu ölkənin bazarına qaz tədarükünü davam etdirməkimkanımız olacaq”, -deyə M. Heydərov əlavə edib.

Məqalədə:
Seçilən
12
1
az.trend.az

2Mənbələr