AZ

Dünya bazarlarında neftin qiyməti 66 dolları ötüb

Dünya

Dünya bazarlarında neft və enerji qiymətləri artıb.

"APA-Economics" xəbər verir ki, sentyabrın 8-də WTI markalı xam neft (Nymex) 0,72 dollar və ya 1,16% artaraq bir barel üçün 62,59 ABŞ dolları olub. Brent markalı neftin (ICE) qiyməti isə 0,78 dollar və ya 1,19% artaraq 66,28 dollara çatıb.

Təbii qazın (Nymex) qiyməti 0,07 dollar və ya 2,43% yüksələrək 3,12 ABŞ dolları/MMBtu olub. İstilik nefti (Heating Oil) isə 2,67 dollar və ya 1,17% artaraq 231,37 dollar/qlon səviyyəsinə qalxıb.

Ümumilikdə, enerji bazarlarında qiymətlərin yüksəlişi qlobal tələbin artması və təkliflə bağlı narahatlıqlarla əlaqələndirilir.

Seçilən
0
4
xalqcebhesi.az

5Mənbələr