AZ

Bakının Yasamal rayonunun bəzi ərazilərində qaz olmayacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Bakının Yasamal rayonunun bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən qaz xəttinin yararsız hissəsinin dəyişdirilməsi ilə əlaqədar sentyabrın 8-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri aparılan müddətdə Yasamal rayonu M.Seyidov, H.Zərdabi, A.Abbasov, İ.Talıblı, N.Hikmət, Z.Kərimov küçələrinin, 7-9-cu Sallaqxana küçələrinin, 1-5-ci Yasamal küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Seçilən
55
31
oxu.az

10Mənbələr