AZ

15 yaşında ölən yeniyetmə müqəddəsləşdirildi

Yazını böyüt
Yazını kiçilt

Roma Papası XIV Leo 15 yaşında vəfat etmiş yeniyetmə Karlo Akutisi müqəddəs elan edib.

Hafta.az xəbər verir ki, elan mərasimi Müqəddəs Pyotr meydanında keçirilən ayin zamanı baş tutub və təxminən 80 min insan iştirak edib.

Qeyd edək ki, Akutis texnologiyadan dini yaymaq məqsədilə istifadə edib.

O, 1991-ci ildə Londonda anadan olub. Uşaqlıqdan informatikaya meyil göstərib və kilsə tərəfindən tanınan möcüzələri sənədləşdirən çoxdilli veb-saytı yaradıb. Yeniyetmə 2006-cı ildə kəskin leykoz xəstəliyindən qəfil dünyasını dəyişib. /"Associated Press"/

Seçilən
0
hafta.az

1Mənbələr