AZ

Diş protezi seçərkən diqqət: Dadbilmə problemi yaşana bilər

Protez istifadə edən bir çox insan ilk həftələrdə yeməklərin dadsız gəlməsindən və müxtəlif dadları ayırd etməkdə çətinlikdən şikayət edir.


Pravda.az bildirir ki, bunun səbəbi protezin damağı örtərək dad hüceyrələrinin fəaliyyətini məhdudlaşdırmasıdır.

 

Mütəxəssislər qeyd edir ki, protezlər düzgün seçilmədikdə və ağız quruluşuna uyğun olmadıqda dadbilmə problemi yarana bilər. Bu halda həm qida keyfiyyətindən zövq alınmır, həm də həzm sistemi təsirlənə bilir.


Dad itkisini minimuma endirmək üçün protezlərin mütəmadi təmizlənməsi, düzgün yerləşdirilməsi və lazımsız yapışdırıcı istifadəsindən qaçmaq tövsiyə olunur. Ən əsası isə protez müalicəsi mütləq peşəkar və etibarlı diş həkimləri tərəfindən aparılmalıdır.
 

Qeyd: Protezlər həm estetik görünüş, həm də sağlamlıq üçün fərdi olaraq hazırlanmalı, xəstənin ehtiyacına uyğun seçilməlidir.


Əminə Bayramova 

Tarix: 8 Sentyabr 2025, 09:14   
Seçilən
1
pravda.az

1Mənbələr