1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ukrayna Təhlükəsizlik Xidməti reper Timati (əsl adı Timur Yunusov - red.) barəsində axtarış elan edib.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin dərc etdiyi məlumatda qeyd olunur.
Belə ki, Timatinin axtarışda olması ilə bağlı məlumat bazaya iyulun 1-də daxil edilib.
Ukrayna tərəfi reperə qarşı Kiyevin nəzarətində olmayan ərazilərə giriş qaydalarının pozulması maddəsi ilə qiyabi ittiham irəli sürüb.