AZ

Vaşinqton razılaşması Ermənistan dövlətinin öhdəliyidir

Newscenter.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Vaşinqton razılaşması dünyanın bir nömrəli ofisində və ən qüdrətli prezidentinin iştirakı ilə imazalanmışdır. Bu baxımdan Zəngəzur dəhlizinin ( TRİPP marşrutu) açılması artıq reallığa çevrilmişdir. O cümlədən paraflanmış sülh sənədi yekun sülh müqaviləsinin imzalanması üçün əsas olacaqdır".Bu fikirlıri Newscenter.az-a Milli Məclisin deputatı Azər Badamov səsləndirib. Millət vəkilinin sözlərinə görə, Ermənistan Vaşinqton razılşamasını icra etməkdən boyun qaçırarsa , bu Prezident Trampa hörmətsizlik kimi başa düşüləcək:"Həm də Vaşinqton razılaşması Avropa və beynəlxalq ictimaiyyət tərəfindən yüksək səviyyədə dəstəklənir. Ermənistan bu razılaşmanı 10 noyabr Bəyanatı kimi manipulyasiya etməyə çalışarsa, bu beynəlxalq ictimaiyyətin ələ salınması kimi anlama gələcək və bu, Ermənistanı çox pis vəziyyətə salacaq. Amma Ermənistanın Vaşinqton razılaşmasını pozacağını hesab etmirəm. Çünki, birinci növbədə bu razılaşma regionumuza sülh və əmədaşlıq gətirəcək. İkincisi isə Ermənistanı tranzit ölkəyə çevirməklə dünya iqtisadiyyatına inteqrasiyası üçün yeni imkanları qazandıracaq". Deputat hesab edir ki, Ermənistanda Vaşinqton razılaşması ilə bağlı baş verən hadisələri seçki qabağı narahatlıqlardır:"Radikal müxalifət bəzi xarici qüvvələrin dəstəyi ilə gələn il keçiriləcək parlament seçkilərində Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışır. Ona görə də Ermənistanda ictimai-siyasi gərginlik mövcuddur. Vaşinqton razılaşmasını radikallar ictimai-siyasi gərginliyi artırmaq və Paşinyanı hakimiyyətdən devirmək üçün alət kimi istifadə etməyə çalışdığını hesab edirəm. Amma Paşinyanın hakimiyyətini əlindən almağa heç kimin gücü çatmayacaq. Çünki, Ermənistanda pis və ya yaxşı olmasından asllı olmayaraq Paşinyana alternativ ola biləcək başqa bir lider yoxdur. Hətta hakimiyyət dəyişikliyi baş verə biləcəyi təqdirdə də kimin hakimiyyətdə olmasından asıllı olmayaraq Vaşinqton razılaşması Ermənistan dövlətinin öhdəliyidir və hər bir halda yekun sülh bağlanaraq regionumuza əməkdaşlığın yeni qorizontları açılacağının alternativini görmürəm". Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
77
1
newscenter.az

2Mənbələr