AZ

Kuba: ABŞ-nin Karib əməliyyatı regionun təhlükəsizliyinə ciddi təhdiddir

BAKI, 8 sentyabr. TELEQRAF

ABŞ-nin Karib hövzəsində həyata keçirdiyi hərbi əməliyyat regional təhlükəsizliyə ciddi təhdiddir.

Teleqraf xəbər verir ki, bu barədə Kuba Prezidenti Migel Dias-Kanel bəyan edib.

"Latın Amerikası və Karib hövzəsi nüvə silahından azad zona və sülh zonasıdır. SELAK (Latın Amerikası və Karib Dövlətləri Birliyi - red.) ABŞ-nin Karib hövzəsində uydurma bəhanələrlə həyata keçirdiyi qeyri-mütənasib hərbi əməliyyatın regional təhlükəsizlik üçün yaratdığı ciddi təhdid qarşısında bu nailiyyətləri qorumağa borcludur", - Dias-Kanel “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Seçilən
23
teleqraf.com

1Mənbələr