1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ Prezidenti Donald Tramp Fələstinin radikal HƏMAS hərəkatından Qəzza zolağında münaqişənin həlli ilə bağlı onun şərtlərini qəbul etməyi tələb edib və bunun son xəbərdarlıq olduğunu vurğulayıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" platformasında yazıb.
"Hamı girovların evə qayıtmasını istəyir. Hamı bu müharibənin bitməsini istəyir! İsraillilər mənim şərtlərimi qəbul ediblər. İndi isə HƏMAS-ın da qəbul etmə vaxtıdır. Mən HƏMAS-ı bu şərtləri qəbul etmədiyi təqdirdə nəticələr barədə xəbərdar etmişəm. Bu mənim son xəbərdarlığımdır, bundan sonra başqa xəbərdarlıq olmayacaq!" - Tramp qeyd edib.