Hər seçki məntəqəsində ən çox 1500, ən az 50 seçici olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.
Məntəqələrin sərhədləri seçki dairələrinin sərhədlərini pozmamalıdır. Məntəqənin hüdudları dəqiq göstərilməlidir. Bu tələblər səsvermənin şəffaf və düzgün aparılmasını təmin edir.