AZ

Roman Abramoviç korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunur

BAKI, 8 sentyabr. TELEQRAF

“Çelsi” futbol klubunun keçmiş sahibi Roman Abramoviç Cersi adasının hakimiyyət orqanları tərəfindən korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunur.

Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

İsveçrə məhkəməsi oliqarxın 1990-2000-ci illərdə toplanmış sərvətinin mənşəyi ilə araşdırma aparıb.

Cersi İsveçrədən Abramoviçin kapitalını idarə etdiyi ofşor şirkətlər və trestlər şəbəkəsi ilə bağlı həmin sənədləri tələb edib. İsveçrə hakimləri sübutları Çersinin hüquq mühafizə orqanlarına təqdim edib.

İstintaq iki istiqamətdə aparılır. Birincisi, Abramoviçin 2005-ci ildə Rusiya hökumətinə 13 milyard dollara satdığı Sibneft neft-qaz şirkətinin satışı ilə bağlıdır. İstintaq iddia edir ki, o, 1990-cı illərdə korrupsioner ödənişlər edib, şirkətin mövqelərini möhkəmləndirib. İkinci istiqamət biznesmenin 2022-ci ilin martında sanksiya şərtlərini pozmasına aiddir. O, dolayı nəzarətində olan şirkətlərin aktivlərini köçürüb və maliyyə xidmətləri göstərib.

Ukraynada müharibə başlayandan sonra Cersi hakimiyyəti Abramoviçlə əlaqəli 7 milyard dollardan çox aktivləri dondurub.

Abramoviç ittihamları rədd edir. Vəkilləri onun cinayət fəaliyyəti ilə məşğul olmadığını bildirib və vurğulayıblar ki, müvəkkilə qarşı cinayət işi açılmayıb.

Seçilən
26
teleqraf.com

1Mənbələr