“MakLaren”in avstraliyalı pilotu Oskar Piastri İtaliya Qran-prisinin sonlarında komanda tərəfindən Lando Norrisin ikinci mövqeyini qaytarması tələbinə münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, "Sky Sports" pilotçunun dediklərini belə çatdırıb.
“Əlbəttə, bunu müzakirə edəcəyik. Eyni komandada çıxış edirsənsə və eyni mexanik briqadası ilə çalışırsansa, risklər yalnız bizim üçün deyil, bütün komanda üçün böyük olur. Düşünürəm ki, bugünkü mövqelərin dəyişdirilməsi qərarı ədalətli idi. Lando bütün yarış boyu mənim önümdə idi, buna görə də problem görmürəm. Amma mütləq bu barədə danışacağıq”
Xatırladaq ki, “MakLaren”in tək pit-stop zamanı Lando Norrisin bolidi uzun müddət xidmət gördüyü üçün britaniyalı pilot komanda yoldaşı Piastriyə qarşı mövqeyini itirmişdi. Sonradan komanda idarəsi avstraliyalı pilotdan Norrisi yenidən öndə buraxmağı xahiş edib ki, Piastri də bunu icra edib.