Bakı. Trend:
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığınınpaytaxtı Londonda sentyabrın 6-da “Palestine Action” qrupununqadağan edilməsinə qarşı keçirilən etiraz aksiyasındasaxlanılanların sayı 890 nəfərə yüksəlib.
Trend BBC-yəistinadla xəbər verir ki, Metropoliten Polisinin açıqlamasına görə,saxlanılanlardan 857 nəfər terrorçuluq haqqında qanuna əsasənqadağan olunmuş təşkilatı dəstəklədiklərinə görə, 33 nəfər isədigər səbəblərə, o cümlədən 17 nəfər polisə hücum ittihamı ilə həbsolunub.
Təşkilatçılar isə polisin zorakılıq barədə iddialarını rəddediblər.
Xatırladaq ki, Britaniya hökuməti “Palestine Action” təşkilatınıiyul ayında antiterror qanunvericiliyi çərçivəsində qadağan edib.Qrupa üzv olmaq və ya ona dəstək göstərmək cinayət sayılır və 14ilədək həbs cəzası nəzərdə tutulur. Qadağa qərarı təşkilatüzvlərinin ilin əvvəlində RAF hərbi bazasına daxil olaraq iki hərbitəyyarəyə ziyan vurmasından sonra qəbul olunub.