AZ

Türkiyədə polis rəisi rüşvətə görə qandallandı

Antalya Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan rüşvət əməliyyatı yeni həbslərlə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, istintaq çərçivəsində iş adamı Fazlı Ateş və vəzifəsindən azad edilmiş Antalya İl Polis rəisi İlker Arslan saxlanılıb.

Maliyyə Suçlarını Araşdırma Şöbəsinin (MASAK) hesabatına görə, milyonlarla lirəlik pul transferləri aparılıb, ailə üzvlərinin adına əmlak və mal varlıqları əldə edilib.

İş adamları ifadələrində Fazlı Ateş vasitəsilə bələdiyyədə işlərinin “yüngülləşdirildiyini”, cərimələrin ləğv olunduğunu bildiriblər. Ateş özü isə bu müddətdə ümumilikdə 6 milyon 105 min lirə rüşvət verdiyini etiraf edib.

Araşdırmalarda daha bir şok fakt da üzə çıxıb: 11 oktyabr 2024-cü ildə 1 milyon 871 min lirə, 10 fevral 2025-ci ildə isə 2 milyon lirə məhz İlker Arslanın ehtiyacları üçün iş adamlarından tələb olunub.

Qeyd edək ki, Antalyada baş verən rüşvət qalmaqalı Türkiyə gündəmini silkələməyə davam edir.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
10
21
musavat.com

10Mənbələr