AZ

Biləsuvarda yemçəkən aqreqatın təmiri zamanı yanğın olub - Xəsarət alanlar var

Biləsuvarda yemçəkən aqreqatın təmiri zamanı yanğın baş verib.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini 1986-cı il təvəllüdlü Məmmədov Lətif Söhbət oğlu yaşadığı evin həyətində yemçəkən aparatı təmir edərkən qısaqapanma baş verib. Nəticədə alovlanma olub.

Yanğın zamanı L.Məmmədov və ona kömək edən Amənkənd kənd sakini, 51 yaşlı Bayramov Cavid Lətif oğlu yanıq xəsarətləri alıblar.

Zərərçəkənlər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onlara ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri diaqnozu qoyublar. Hazırda hər iki şəxsin müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
90
2
teleqraf.com

2Mənbələr